Tankerə Hörmüz boğazında naməlum mərmi ilə zərbə endirilib
Hörmüz boğazından keçən tanker naməlum mərmi zərbəsinə məruz qalıb, nəticədə heyətin iki üzvü yüngül xəsarət alıb.
Crossmedia.az bu barədə Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata istinadən xəbər verir.
Məlumata görə, insident zamanı iki heyət üzvü yüngül xəsarət alıb. Gəmi hadisədən sonra növbəti təyinat limanına doğru hərəkətini davam etdirib.
Hazırda hadisənin ətraf mühitə hər hansı zərər vurub-vurmadığı barədə məlumat yoxdur.
İnsidentin səbəbləri və mərminin kim tərəfindən atıldığı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
14:30 21.09.2026
Oxunuş sayı: 61