Trampdan Avropaya təhdid - əgər Kanada ortaq üzv olarsa...
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) Kanadanın ilk “ortaq üzv” olmasını təklif etməsinə reaksiya verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Şimali Karolina ştatında jurnalistlərə açıqlamasında Aİ-nin Kanada ilə bağlı təşəbbüsünü “gülünc” adlandırıb və bu addımın ABŞ-ə qarşı düşmənçilik kimi qiymətləndirilməsi halında Avropaya yüksək gömrük tarifləri tətbiq edə biləcəyini bildirib.
“Kanada dəhşətli ticarət tərəfdaşı olub. Düşünürəm ki, əgər bunu etsələr və bunun düşmənçilik xarakterli hərəkət olduğunu düşünsəm, Avropaya çox ciddi tariflər tətbiq edəcəyəm və ya bir çox sahədə ticarəti dayandıracağam”, – Tramp deyib.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen isə bir gün əvvəl Kanada Baş naziri Mark Karni ilə birlikdə iştirak etdiyi iclasda Kanadanın Aİ-nin ilk “ortaq üzvü” olmasının qarşısını açmaq istədiklərini açıqlamışdı.
Təklif Kanadanın Aİ-yə tam üzvlük əldə etmədən ittifaqla daha sıx siyasi və iqtisadi əməkdaşlıq qurmasına imkan verə biləcək yeni status kimi təqdim olunur.
16:30 17.09.2026
Oxunuş sayı: 53