İsveçdə yeni hökumət formalaşır
İsveçdə tarixinin ən gərgin seçkilərindən birindən dörd gün sonra səslərin hesablanması başa çatıb və nəticələr keçmiş Baş nazir Maqdalena Anderssonun rəhbərliyi ilə yeni mərkəz-sol hökumətin formalaşa biləcəyini göstərib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Anderssonun rəhbərlik etdiyi Sosial Demokratlar gözlənildiyi kimi, 349 yerlik parlamentdə ən çox mandatı qazanıb. Lakin partiyanın hökumət qurmaq üçün sol blokda yer alan digər üç partiyanın dəstəyinə ehtiyacı var.
Bu isə asan görünmür. Belə ki, mümkün müttəfiqlərdən olan Sol Partiya hökumətdə nazir postlarının onlara verilməsini tələb edir. Liberal Mərkəz Partiyası isə bu şərti qəbul etmədiyini bildirib.
15:55 17.09.2026
Oxunuş sayı: 41