İran İsveç diplomatını ölkədən çıxarır
Tehran Stokholmun analoji addımına cavab olaraq, İsveç səfirliyində fəaliyyət göstərən diplomata İranı tərk etmək üçün 48 saat vaxt verib.
Crossmedia.az İran mediasının xəbərinə görə, İsveç səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi Tehranın etirazı çatdırılıb.
Bildirilib ki, İsveçdə fəaliyyət göstərən iranlı diplomata qarşı səsləndirilən ittihamlar əsassızdır.
Qeyd edək ki, bundan əvvəl İsveç İran səfirliyində çalışan bir diplomatın diplomatik fəaliyyətlə uyğun gəlməyən işlərlə məşğul olmaq ittihamı ilə ölkədən çıxarılması barədə qərar qəbul edib.
13:50 17.09.2026
Oxunuş sayı: 45