Tramp və Zelenski BMT-də görüşəcək
Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində görüşün təşkili üçün hər iki ölkənin komandaları çalışır.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxı çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
Tıxı deyib ki, Ukrayna və ABŞ prezidentləri arasında görüşün keçirilməsi, gündəliyi və ən əsası, görüşün mümkün qədər konkret nəticələrə yönəlməsi ilə bağlı komandalar hazırda işləyirlər.
“Ukrayna və ABŞ prezidentləri arasında belə bir görüşün keçirilməsi imkanının, gündəliyinin və ən əsası, görüşü mümkün qədər konkret etmək üçün komandaların hazırda çalışdığını deyə bilərəm”, – o bildirib.
Ukrayna XİN-in sözçüsü bildirib ki, Prezident Volodimir Zelenskinin BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorka səfəri zamanı müxtəlif ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Tıxı Zelenskinin səfərində ABŞ-Ukrayna münasibətləri ilə bağlı məsələlərin mütləq yer alacağını təsdiqləyib. O, həmçinin ABŞ Konqresinin nümayəndələri, işgüzar dairələr və Birləşmiş Ştatlarda yaşayan Ukrayna icması ilə görüşlərin keçirilməsi imkanının olduğunu deyib.
“Beləliklə, gündəlik təbii olaraq daha geniş olacaq”, – XİN sözçüsü qeyd edib.
08:30 17.09.2026
Oxunuş sayı: 45