Rusiyada A7A5 rublluq steyblkoinindən istifadə mümkün olacaq
Rusiyada A7A5 rublluq steyblkoini yeni rəqəmsal aktivlər qaydaları çərçivəsində biznes üçün istifadə oluna bilər.
Crossmedia.az xəbər verir ki, bunu A7A5 şirkətinin dövlət orqanları və beynəlxalq əlaqələr üzrə direktoru Oleq Ogiyenko bildirib. Onun sözlərinə görə, şirkətlər artıq rəqəmsal valyutadan ixrac və idxal əməliyyatlarında əlavə ödəniş aləti kimi istifadə edirlər.
Ogiyenko qeyd edib ki, rəqəmsal aktivlərin xarici iqtisadi fəaliyyətdə daha geniş tətbiqi üçün aydın qaydalar və məqbul komissiyalarla yanaşı, təhlükəsiz blokçeyn infrastrukturu və istifadəçilərin maliyyə və rəqəmsal savadlılığının artırılması vacibdir.
20:42 16.09.2026
Oxunuş sayı: 50