Yaponların uzunömürlülüyünün əsas səbəbləri açıqlanıb
Yaponiyada insanların uzunömürlü olmasını yalnız bir amillə izah etmək mümkün deyil. Mütəxəssislər burada qidalanma, piylənmədən uzaq həyat tərzi və iqlim şəraitinin mühüm rol oynadığını bildirirlər.
Crossmedia.az xəbər verir ki, gerontoloq Valeri Novosyolovun sözlərinə görə, 100 yaşdan yuxarı insanların əksəriyyətinin xüsusi və gizli uzunömürlülük sirri yoxdur.
O qeyd edib ki, yaponlar arasında artıq çəkiyə malik olmayan, həddindən artıq qidalanmayan və müəyyən zərərli maddələrdən istifadə etməyən insanların çoxluğu diqqət çəkir.
Mütəxəssis Yaponiyada dəniz məhsullarının geniş istehlakını da əsas amillərdən biri kimi göstərib. Onun sözlərinə görə, ölkənin dəniz zonasında yerləşməsi, rütubət, suyun tərkibi və mülayim iqlim kimi təbii şərait də insanların sağlamlığına və ömrün uzunluğuna təsir göstərə bilər.
18:44 16.09.2026
Oxunuş sayı: 48