Almaniya xəstəxanaları Rusiya ilə müharibəyə hazırlaşdırılır
Almaniya mümkün hərbi qarşıdurma halında çox sayda yaralının qəbul edilməsi üçün xəstəxanalarını hazırlayır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniyanın səhiyyə sisteminin Rusiya ilə mümkün müharibə zamanı yaranacaq çoxsaylı yaralıların müalicəsinə hazır olmadığı bildirilir.
Ulm şəhərindəki hərbi hospitalın komandiri Benedikt Frimert qeyd edib ki, ölkənin səhiyyə sisteminin qarşısında uzunmüddətli hazırlıq tələb edən ciddi proses dayanır.
“Bizi gözləyən marafondur”, – Frimert bildirib.
15:01 16.09.2026
Oxunuş sayı: 53