ABŞ-də orta ailə gəliri rekord həddə çatıb
ABŞ-də real median ailə gəliri 2025-ci ildə 87 min 460 dollar təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 2,6 faiz artaraq məlumatların toplanmasına başlanılan 1967-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Crossmedia.az xəbər verir ki, ABŞ Siyahıyaalma Bürosunun açıqladığı məlumatlara əsasən, ölkədə rəsmi yoxsulluq səviyyəsi də 0,5 faiz bəndi azalaraq 10,2 faizə düşüb. Ötən il yoxsulluq şəraitində yaşayan insanların sayı 34,5 milyon nəfər olub.
Uşaqlar arasında rəsmi yoxsulluq səviyyəsi 13,4 faizə enərək tarixin ən aşağı göstəricisinə düşüb. Bununla yanaşı, 2025-ci ildə 26,7 milyon amerikalı, yəni əhalinin 7,9 faizi il ərzində heç bir tibbi sığortaya malik olmayıb.
03:54 16.09.2026
Oxunuş sayı: 47