Hörmüzdə gecələr nələr baş verir? - Tankerlər gizli marşrutla hərəkət edir
ABŞ hərbçiləri neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün gizli dəniz dəhlizi təşkil edib. Bu marşrutla hər gün milyonlarla barel neft daşınır.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
ABŞ rəsmilərinin sözlərinə görə, artıq bir neçə həftədir davam edən əməliyyat çərçivəsində hər gecə 15-20 tanker boğaza daxil olur və Oman sahilləri boyunca yerləşən cənub kanalından keçərək ərazini tərk edir.
Məlumata görə, bu marşrut vasitəsilə hər gün təxminən 10 milyon barel neft Hörmüz boğazından çıxarılır. Bu, müharibədən əvvəlki həcmin təxminən yarısıdır.
ABŞ-ın rəhbərliyi ilə həyata keçirilən əməliyyat müharibə fonunda neft tədarükündə yaranan problemləri qismən azaltmağa imkan verib. Təchizatdakı fasilələr neft qiymətlərinin kəskin artmasına səbəb olub.
Rəsmilər bildirirlər ki, boğazdan daşınan neftin həcmi hələ də müharibədən əvvəlki səviyyədən aşağıdır. Buna baxmayaraq, yaradılan dəhliz qlobal neft tədarükünə nəzərəçarpacaq təsir göstərir.
13:15 20.08.2026
Oxunuş sayı: 63