Moskvaya uçan məhv edilmiş PUA-ların sayı 25-ə çatıb
Moskva istiqamətində uçan daha 4 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib və gecə ərzində zərərsizləşdirilən PUA-ların sayı 25-ə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bu barədə “Maks” messencerində məlumat yayıb.
Sobyaninin sözlərinə görə, PUA qalıqlarının düşdüyü ərazilərdə təcili xidmətlərin mütəxəssisləri işləyir.
Hücum fonunda Moskvanın “Vnukovo” və “Şeremetyevo” hava limanlarında uçuşların qəbulu və göndərilməsi müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilir. “Rosaviasiya”nın məlumatına görə, hava limanları ətrafında hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
10:12 19.08.2026
Oxunuş sayı: 49