Gürcüstandan ən çox pul Azərbaycana göndərildi
Bu ilin iyul ayında Gürcüstandan xaricə ən çox pul Azərbaycana köçürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Məlumata görə, ötən ay ölkədən xaricə ümumilikdə 39 milyon ABŞ dolları, yəni 102,8 milyon lari köçürülüb. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 4,7% çoxdur.
Ay ərzində Gürcüstandan Azərbaycana 6,985 milyon ABŞ dolları köçürülüb. Bununla da Azərbaycan xaricə pul köçürmələrinin məbləğinə görə birinci yerdə qərarlaşıb.
İkinci sırada 6,435 milyon ABŞ dolları ilə Türkiyə, üçüncü yerdə isə 3,663 milyon ABŞ dolları ilə Rusiya olub.
Xatırladaq ki, 2025-ci ilin iyul ayında Gürcüstandan ən çox pul Türkiyəyə köçürülmüşdü. Bu il isə Azərbaycan Türkiyəni geridə qoyaraq birinci pilləyə yüksəlib.
İlk onluqda, həmçinin Ukrayna (2,436 milyon ABŞ dolları), Özbəkistan (2,43 milyon ABŞ dolları), Yunanıstan (2,247 milyon ABŞ dolları), Qazaxıstan (1,916 milyon ABŞ dolları), İtaliya (1,395 milyon ABŞ dolları), Almaniya (1,168 milyon ABŞ dolları) və Ermənistan (1,029 milyon ABŞ dolları) yer alıb.(Report)
16:06 18.08.2026
Oxunuş sayı: 52