Qeyri-neft-qaz sektorunda artım zəifləyəcək – PROQNOZ
Bu il Azərbaycanda qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,7 % yox, 3,1 % olacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.
Sənədə əsasən, ümumi iqtisadi artımla bağlı proqnoz 1,7 % saxlanılıb.
12:21 18.08.2026
Oxunuş sayı: 54