Naxçıvanda avtomobil istehsalı 4,2 DƏFƏ ARTIB
Naxçıvan Muxtar Respublikasında (MR) minik avtomobili istehsalı 4,2 dəfə artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Naxçıvan MR Statistika Komitəsi məlumat verib.
Qeyd olunub ki, 2026-cı ilin yanvar-iyul aylarında muxtar respublikada 50 ədəd minik avtomobili istehsal olunub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 12 ədəd təşkil edib.
Bu statistikaya əsasən, Naxçıvan MR-da cari ilin birinci yarısında minik avtomobili istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artıb.(Report)
10:58 18.08.2026
Oxunuş sayı: 51