Azərbaycan Bolqarıstana pomidor tədarük etməyə başlayıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 163,85 milyon ABŞ dolları dəyərində 135 min 641 ton pomidor ixrac edib.
Crossmedia.az-n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq – 1 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 152,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 7,5 % çox) 127 min 212 ton (-2 %), Belarusa 5,75 milyon ABŞ dolları dəyərində (+15 %) 2 min 402 ton (+5,7 %), Gürcüstana 2,7 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 3 min 810 ton (+2,7 dəfə), Ukraynaya 1,4 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 1 min 175 ton (+7 dəfə), Polşaya 1,2 milyon ABŞ dolları dəyərində (+22 %) 737 ton (+15 %) pomidor satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana tədarük (19,2 min ABŞ dolları dəyərində 17,9 ton) həyata keçirilib.
10:27 18.08.2026
Oxunuş sayı: 56