"Qarabağ"dan üç qollu qələbə
Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.
Crossmedia.az xəbər verir ki, bağlanış oyununda “Qarabağ” komandası “Şamaxı”nı qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı ev sahiblərinin heyətində 28-ci dəqiqədə Renaldo Sefas açıb. Edqar Adilxanov 43-cü dəqiqədə bərabərlik qoluna imza atıb. Qonaqların heyətində Rikardo Apolinario avtoqol müəllifi olub. Matçda son nöqtəni 85-ci dəqiqədə Aleksey Kaşuk qoyub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni, 1:0, “Sabah” “Kəpəz”i, “Zirə” “Şəfa”nı 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” – “İmişli” matçında isə qalib müəyyənləşməyib - 0:0.
21:44 17.08.2026
Oxunuş sayı: 52