Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 68 % artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 298 milyon manat investisiya qoyulub.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 68,1 % çoxdur.
Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 2,7 % təşkil edib.
2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.
17:56 17.08.2026
Oxunuş sayı: 45