Sabirabadda KİA və Opel toqquşdu: 4 nəfər XƏSARƏT ALDI
Sabirabadda avtoqəzada 4 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "KİA" və"Opel" markalı minik avtomobilləri toqquşub.
Xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər 17.08.2026-cı il tarixində 14:50 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.Hazırda 1 nəfərin instrumental diaqnostik müayinələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
17:39 17.08.2026
Oxunuş sayı: 53