Azərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 142,9 min ton tomat ixrac edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 172,1 milyon ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 669 ton (0,4 %) az, dəyər baxımından isə 15,1 milyon ABŞ dolları (9,6 %) çoxdur.
Hesabat dövründə tomat ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,9 %-ni təşkil edib.
Qeyd edək ki, 7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
17:29 17.08.2026
Oxunuş sayı: 47