Azərbaycanda İKT sektorunda istehsal 10,4 faiz ARTIB
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 536,4 milyon manatlıq məhsul istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Təkcə iyulda isə bu sektorda 266,1 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 30 % çoxdur.
Bu ilin ilk 7 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq və yaxud illik müqayisədə 1,4 % çox ÜDM istehsal olunub.
17:26 17.08.2026
Oxunuş sayı: 48