Hərraclarda yüzlərlə avtomobil ÖZƏLLƏŞDİRİLDİ
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 828,4 min ton avtomobil benzini istehsal edilib.
Crossmedia.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 2,3 % çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 463,2 milyon manat olmaqla, əvvəlki ilin eyni vaxtı ilə müqayisədə 4,9 % azdır.
Ötən 7 ay ərzində Azərbaycanda 74,2 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin 7 ayı ilə müqayisədə 31,1 % çoxdur.
Ötən aylar ərzində Azərbaycanda 1 milyon 360,2 min ton həcmində dizel yanacağı istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 1,9 % azdır.
Hesabat dövründə 26,3 min ton sürtkü yağları, 81,7 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 20,1 % çox, neft bitumunun istehsalı isə 42,2 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 107,2 min ton maye qazlar, 322,6 min ton ağ neft, 140,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 10 % artıb, ağ neftin istehsalı 20,3 %, maye qazların istehsalı isə 19,8 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
17:10 17.08.2026
Oxunuş sayı: 38