Azərbaycanın qarpız ixracı 2 DƏFƏ ARTIB
Bu ilin I yarısında Azərbaycan 4,75 milyon ABŞ dolları dəyərində 8 090 ton qarpız ixrac edib.
Crossmedia.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 59 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 4,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çox) 7 404 ton (+2 dəfə), Ukraynaya 193 min ABŞ dolları dəyərində (-65 %) 336 ton (-69 %), Belarusa 87 min ABŞ dolları dəyərində (+2 %) 183 ton (-12 %) və Gürcüstana 53 min ABŞ dolları dəyərində (+71 %) 166 ton (+73 %) məhsul satıb.
2025-ci ildə Azərbaycandan ixrac edilmiş 16 min 693 ton qarpızın 83 %-i Rusiyanın payına düşüb.
16:55 17.08.2026
Oxunuş sayı: 47