Azərbaycanda 7 ayda cəmi 762 NOUTBUK istehsal edilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 762 ədəd noutbuk, 720 ədəd stolüstü kompüter istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 46,7 % və 66,4 % azdır.
Təkcə iyulda isə 70 ədəd noutbuk (1 il əvvəl istehsal olmayıb) və 433 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da 2025-ci ilin iyul ayının göstəricisindən 24 % çoxdur.
2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5 % çox və 52 % azdır.
16:23 17.08.2026
Oxunuş sayı: 45