Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Azərbaycana səfər edib
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Gela Geladze Azərbaycana səfər edib.
Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində o, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev ilə görüşüb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, regionda mövcud vəziyyət, beynəlxalq təhlükəsizliyə dair çağırışlar və xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər həmçinin qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Gela Geladze azərbaycanlı həmkarını Gürcüstana cavab səfərinə dəvət edib.
12:13 05.06.2026
Oxunuş sayı: 49