Rusiya: “3+3” formatı üzrə növbəti görüş Bakı və ya İrəvanda ola bilər
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva “3+3” regional əməkdaşlıq formatı üzrə növbəti görüşün Bakı və ya İrəvanda keçirilməsini gözləyir.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, bununla bağlı tərəflər arasında dialoq davam edir.
Qaluzin həmçinin qeyd edib ki, Rusiya “3+3” formatının tam fəaliyyət göstərməsi üçün Cənubi Qafqaz regionunda bütün nəqliyyat marşrutlarının tam şəkildə blokdan çıxarılmasını dəstəkləyir.
12:11 05.06.2026
Oxunuş sayı: 53