Moldovanın deputatı: Azərbaycan bu gün regionun lider ölkəsidir
Azərbaycan bu gün regionun lider ölkəsidir, biz Azərbaycanın uğurlarına çox sevinirik.
Crossmedia.az xəbər verir ki, bunu Moldova parlamentinin deputatı İon Qroza bildirib.
"Hesab edirəm bu gün Azərbaycan Müstəqillik Gününü regionda ən uğurlu ölkə kimi qeyd edir. İqtisadi göstəricilər, ərazi bütövlüyünün bərpası və regionda aparıcı strateji tərəfdaşa çevrilməsi buna misaldır. Azərbaycan dövlətini, xalqını bu uğurlarına görə, Müstəqillik Günü münasibətilə Moldova xalqı adından təbrik edirəm!"-deyə, o, əlavə edib.(Report)
19:24 28.05.2026
Oxunuş sayı: 44