Rumıniya XİN rəhbəri: Buxarest Bakı ilə möhkəm strateji tərəfdaşlığı təsdiqləyir
"Yaşıl Enerji Dəhlizi" və Qara dəniz - Xəzər dənizi nəqliyyat marşrutu Rumıniya və Azərbaycanın regional əlaqələndirmənin genişləndirilməsinə strateji töhfəsidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyunun Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajında deyilir.
"Azərbaycan hökumətinə və xalqına Milli Bayram münasibətilə xoşbəxtlik və çiçəklənmə arzulayırıq!" - o, "X" sosial şəbəkəsində yazıb.
Nazir Buxarestin Bakı ilə möhkəm ikitərəfli strateji tərəfdaşlığı təsdiq etdiyini və bütün sahələrdə, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiq qaldığını vurğulayıb.
10:33 28.05.2026
Oxunuş sayı: 47