Vətəndaşlar üçün yeni tibbi imkanlar YARADILIR
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı genişləndirilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, aşağıdakılar Xidmətlər Zərfinə daxilib:
| SIRA №-si | Xəstəliklərin beynəlxalq təsnifatının 9-cu baxışı (XBT-9)/10-cu baxışı (XBT-10) üzrə prosedur/xəstəlik kodu | Tibbi xidmətin adı | Qeyd | Tibbi xidmətin tarifi |
| 2.1.634 | 95.48. | Eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması – 1 seans (koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə nitq prosessorunun tənzimlənməsi xidməti (fitting), konsultasiya daxil) | *TS daxildir | 300 |
| 2.1.635 | 95.49 | Eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun (minimum 5 (beş) il müddətində istifadə edilmiş olması şərtilə) bir üst modeli ilə əvəzləşdirilməsi (konsultasiya daxil) | TS daxildir | 15500 |
| 2.1.636. | Tətbiq edilmir | Eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun istifadəyə yararsız olduğu təqdirdə eyni model səs (nitq) prosessoru ilə (komplektləşdiricilər xaric) əvəzləşdirilməsi (konsultasiya daxil), (istehsalçı tərəfindən zəmanət şərtlərində nəzərdə tutulmadığı hallarda, minimum 1 (bir) il müddətində istifadə edilmiş olması şərtilə) | *TS daxildir | 5500 |
16:01 21.01.2026
Oxunuş sayı: 950