Azərbaycanla İordaniya arasında iqtisadi əməkdaşlığın perspektivli istiqamətləri müzakirə olunub
Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev və Aqaba Xüsusi İqtisadi Zonasının (ASEZ) baş komissarı Şadi Rəmzi Macali iqtisadi əməkdaşlığın perspektivli istiqamətlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin "X" hesabındakı paylaşımında bildirilir.
"Görüş zamanı Aqaba Xüsusi İqtisadi Zonasının fəaliyyəti, eləcə də qarşılıqlı iqtisadi maraq doğuran istiqamətlər müzakirə edilib", - paylaşımda qeyd olunub.
13:35 21.01.2026
Oxunuş sayı: 1318