BMT bu şəxsi Azərbaycana göndərir
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən şəxs İqor Qarafuliç təyin edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT-nin saytında bildirilib.
Qeyd edilib ki, o, bu postda 2026-cı il iyulun 1-dək öz vəzifələrini icra edəcək.
BMT-nin Azərbaycandakı keçmiş rezident əlaqələndiricisi Vladanka Andreyeva ölkədəki missiyasını 2026-cı il yanvarın 8-də başa vurub.
İndiki təyinatından əvvəl İ.Qarafuliç müxtəlif illərdə Paraqvay, Peru və Hondurasda BMT-nin rezident əlaqələndiricisi vəzifələrini icra edib.
O, həmçinin BMT-nin İnkişaf Proqramında bir sıra rəhbər vəzifələrdə çalışıb.
İ.Qarafuliç BMT-yə daxil olmazdan əvvəl 2008-2010-cu illərdə Santyaqo paytaxt regionunun qubernatoru vəzifəsində çalışıb, Santyaqonun infrastrukturunun inkişafına, regional investisiyalarına və təhlükəsizliyinə nəzarət edib.
O, Oksford Universitetinin dövlət siyasəti üzrə və Çili Universitetinin iqtisadiyyat üzrə magistratura səviyyəsində təhsilə malikdir. İspan dili ilə yanaşı, ingilis, isveç və portuqal dillərində sərbəst danışır.
11:51 21.01.2026
Oxunuş sayı: 1395