CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Şahin Seyidzadə

12:00 02.10.2026

Dezinformasiyaya qarşı mübarizə: Azərbaycanın informasiya məkanında etimad amili

45

Müasir informasiya məkanında dövlətlərin beynəlxalq imici və mövqeyi yalnız siyasi və iqtisadi addımlarla deyil, həm də ictimaiyyətə təqdim olunan məlumatın etibarlılığı ilə formalaşır. Bu baxımdan media vasitəsilə etimadın qurulması, şəffaf və operativ informasiya siyasətinin həyata keçirilməsi, eləcə də dezinformasiyaya qarşı mübarizə ölkələrin beynəlxalq auditoriya ilə münasibətlərində mühüm rol oynayır. Prezident İlham Əliyevin AQEM Media Forumunun iştirakçılarına müraciətində bu məsələlərə xüsusi diqqət yetirməsi də Azərbaycanın qlobal informasiya məkanında öz mövqeyini möhkəmləndirmək istiqamətində medianın rolunu gündəmə gətirir. Bəs media vasitəsilə etimadın gücləndirilməsi Azərbaycanın beynəlxalq informasiya məkanındakı mövqeyinə necə təsir göstərə bilər? Milli Məclisin deputatı Şahin Seyidzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, media vasitəsilə cəmiyyətlə dövlət arasında etimadın möhkəmləndirilməsi, obyektiv və dolğun məlumatlandırmanın təmin olunması mühüm əhəmiyyət daşıyır: “Etibarlı media ictimai rəyin formalaşmasına, qarşılıqlı anlaşmanın güclənməsinə və sağlam kommunikasiya mühitinin yaranmasına xidmət edir. Prezident İlham Əliyevin AQEM Media Forumunun iştirakçılarına müraciətində vurğuladığı kimi, media vasitəsilə etimadın qurulması və dezinformasiya ilə mübarizə müasir dövrün əsas çağırışlarındandır. İnformasiyanın sürətlə yayıldığı müasir dövrdə dezinformasiya ilə mübarizə yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin və dövlətlərin qarşısında duran mühüm vəzifədir. Bu istiqamətdə media qurumları arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq informasiya mübadiləsinin gücləndirilməsi və ictimaiyyətin etibarlı məlumat əldə etmək imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır”. Ş.Seyidzadə əlavə edib ki, eyni zamanda, dezinformasiya ilə mübarizə söz və ifadə azadlığı prinsiplərinə hörmət, obyektivlik və şəffaflıq əsasında həyata keçirilməlidir: “Hesab edirəm ki, media vasitəsilə etimadın möhkəmləndirilməsi, informasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafı və dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi cəmiyyətlər və dövlətlər arasında qarşılıqlı anlaşmaya mühüm töhfə verə bilər”. Ayhan

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR