Növbəti köç karvanı Kiçik Qaladərəsinə çatıb - YENİLƏNİB
Növbəti köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb.
Crossmedia.az xəbər verir ki, kənddə sakinlərin qarşılanma mərasimi baş tutub.
Bu mərhələdə Kiçik Qaladərəsinə 11 ailə - 39 nəfər köçürülüb.
13:42
Avqustun 17-də yola salınan köç karvanı Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə kəndə köçürülən 39 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim olunub.
Açarların təqdim olunması mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.(APA)
14:13 17.08.2026
Oxunuş sayı: 57