Rusiya MN: Ukrayna ordusunun itkiləri 1 450 nəfər olub
Rusiya Müdafiə Nazirliyi Ukraynada son sutka ərzində hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələrinin təxminən 1 450 hərbçisinin itki verdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “TASS” Rusiya Müdafiə Nazirliyinin yeni brifinqinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin logistika mərkəzlərinə, enerji və nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirib.
Bundan başqa, Rusiya hava hücumundan müdafiə sistemlərinin “HIMARS” və “Vampire” reaktiv yaylım atəş sistemlərinə aid 4 raketi, eləcə də təyyarə tipli 797 pilotsuz uçuş aparatını vurduğu bildirilir.
Qeyd olunan məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır.
13:35 17.08.2026
Oxunuş sayı: 54