Belqorodda raket zərbəsi: 6 nəfər öldü
Rusiyanın Belqorod vilayətinin Koloskovo kəndinə raket zərbəsi nəticəsində 6 nəfər ölüb, 4 nəfər, o cümlədən bir uşaq yaralanıb.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Şuvayevin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində kənddə itkilər və yaralananlar qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiya əraziləri üzərində 205 Ukrayna PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
11:53 17.08.2026
Oxunuş sayı: 46