Ay beş saata yaranıb? — Araşdırma
Ayın təxminən 4,5 milyard il əvvəl yaranması prosesi cəmi beş saat çəkmiş ola bilər. Yeni kompüter simulyasiyaları Yerlə Mars böyüklüyündə Teyya adlı göy cisminin toqquşmasından sonra Ayın çox qısa müddətdə formalaşa biləcəyini göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb.
ABŞ-nin Cənub-Qərb Tədqiqat İnstitutu və Arizona Universitetinin alimlərinin apardığı araşdırmada toqquşan göy cisimlərinin temperaturu və süxurların möhkəmliyi nəzərə alınıb. Modelləşdirmələrdən birində toqquşmadan cəmi beş saat sonra Ayın artıq formalaşdığı müşahidə edilib.
Bununla belə, alimlər Ayın yaranma prosesinin dəqiq müddətinin hələ tam müəyyənləşdirilmədiyini və yeni nəticələrin kompüter simulyasiyalarına əsaslandığını vurğulayırlar. Ayın kimyəvi tərkibinin Yerə bənzəməsi də hələ tam izah olunmamış elmi suallardan biridir.
06:33 17.11.2026
Oxunuş sayı: 30