ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başladı
ABŞ və Cənubi Koreya silahlı qüvvələri "Ulchi Freedom Shield" hərbi təlimlərinə başlayıb.
Crossmedia.az xəbər verir ki, "Newsis" bu barədə məlumat yayıb.
Təlimlərin əvvəlcə planlaşdırıldığı kimi keçirildiyi bildirilir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp təlimlərin miqyasının azaldılması barədə göstəriş verdiyini açıqlamışdı. Buna baxmayaraq, yayılan məlumatlara görə, "Ulchi Freedom Shield" əvvəlki planlara uyğun şəkildə keçirilir.
10:55 17.08.2026
Oxunuş sayı: 58