Sumqayıt Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb
"Sumqayıt" klubu futbolçusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.
Yarımmüdafiəçinin sözləşməsi 1+1 şərti ilə yenilənib.
Qeyd edək ki, 2025-ci ildən "Sumqayıt"da çıxış edən Ronaldo Vaskez 46 oyunda meydana çıxıb. Dominikan Respublikası millisinin oyunçusu həmin qarşılaşmalarda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
19:37 13.08.2026
Oxunuş sayı: 43