Məmurların gizli bacarığı ORTAYA ÇIXDI
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib.
Crossmedia.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə İdman-Tennis Kompleksində keçirilən yarışda 9 dövlət qurumundan 23 nəfər (13 kişi, 10 qadın) iştirak edib.
Kişilər arasında Dövlət Gömrük Komitəsini təmsil edən Əlişer Mirzəyev birinci olub. Gənclər və İdman Nazirliyindən Ramil Cabbarov ikinci, Fövqəladə Hallar Nazirliyindən Özcan Kərimov isə üçüncü yeri tutub.
Qadınlar arasında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsini təmsil edən Aytən Abdullayeva birinci olub. İlahə Hacıyeva (SOCAR) ikinci, Xədicə Əliyeva (Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) üçüncü pillədə qərarlaşıb.
14:51 13.08.2026
Oxunuş sayı: 55