Ceyhun Bayramov Ukraynanın İrpen şəhərinə gəlib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İrpendə akademik Zərifə Əliyeva adına parkı ziyarət edib.
Crossmedia.az məlumat verir ki, Azərbaycan nümayəndə heyətini Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko və İrpen şəhərinin rəhbərliyi müşayiət edib.
Səfərdə naziri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirlik əməkdaşları, həmçinin SOCAR-ın nümayəndələri müşayiət ediblər.(Report)
13:06 06.08.2026
Oxunuş sayı: 53