İlham Əliyev ona yüksək dövlət mükafatı verdi
BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, bu mükafata Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb.
13:17 06.08.2026
Oxunuş sayı: 54