Pompeo İrana təzyiqi artırmağa çağırıb
ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo enerji daşıyıcılarının qiymətlərinin aşağı salınması üçün İrana təzyiqin artırılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
Pompeonun sözlərinə görə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına çıxış ətrafında manipulyasiyaları yalnız bu sahədə təsir rıçaqlarını itirdiyi halda dayandıracaq.
"SEPAH Hörmüz boğazına çıxış ətrafında manipulyasiyaları təsir imkanlarını qoruduğu müddətdə davam etdirəcək. Bu rıçaqlar onların əlindən birdəfəlik alınmalıdır", – deyə ABŞ-nin keçmiş dövlət katibi bildirib.
11:13 06.08.2026
Oxunuş sayı: 52