Tramp: Venesuelanı sevirəm
ABŞ Prezidenti Donald Tramp Venesueladan böyük həcmdə neft idxal etdiklərini bildirərək bu ölkəyə münasibətinin dəyişdiyini deyib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
"Hazırda mən Venesuelanı sevirəm. Biz Venesueladan çoxlu neft almışıq... Venesueladan milyonlarla və milyonlarla barel neft gəlir", – deyə Tramp bildirib.
O, çıxışı zamanı Venesueladan ABŞ-a böyük həcmdə neft tədarükünün həyata keçirildiyini vurğulayıb.
12:12 06.08.2026
Oxunuş sayı: 51