Qarabağ barışın coğrafiyasıdır - Aygün Attar
Azərbaycan dövlət başçısının beynəlxalq platformalarda hər fürsətdə bəhs etdiyi Böyük Qayıdış prosesini yerində görmək məqsədilə Ermənistanın işğalı və dağıntılarına məruz qalmış bölgələrə səfər etdik. Məqsədimiz Qarabağda formalaşan yeni reallığı, bərpa-quruculuq işlərini və sülhün coğrafiyasını yaxından müşahidə etmək idi.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) sədri Aygün Attar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən tədbirdə deyib.
O, qeyd edib ki, hazırda Zəfərin qazanıldığı və Böyük Qayıdışın həyata keçirildiyi Qarabağda proqramımız davam edir: “Səfər çərçivəsində “Barış marşrutu” üzrə müxtəlif bölgələrə baş çəkdik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin bizə ayırdığı vaxt ərzində Azərbaycanın xarici siyasəti, Türkiyə–Azərbaycan münasibətləri və regionda baş verən proseslərlə bağlı ətraflı məlumat aldıq. Onun səsləndirdiyi fikirlər Türkiyə mediasında da geniş işıqlandırıldı.
A.Attar əlavə edib ki, səfər zamanı Bakı, Ağdam, Xankəndi, Şuşa və Laçın şəhərlərində olduq: “Həmçinin uzun illər Ermənistan tərəfindən Qarabağdakı terror fəaliyyətinin əsas logistik nöqtələrindən biri kimi istifadə edilmiş keçmiş körpünü də yerində gördük və bunun canlı şahidi olduq. Hazırda Zəngəzur dəhlizinin Cənubi Qafqaza gətirəcəyi siyasi, iqtisadi və mədəni faydaları müzakirə edirik. Şuşa Bəyannaməsinin imzalandığı tarixi məkanda olmaq isə bizim üçün xüsusi qürur və sevinc hissi yaşatdı. Bu, fəaliyyətimizin yalnız başlanğıcıdır. Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işimizi bundan sonra da davam etdirəcəyik”.
Ayhan
11:20 06.08.2026
Oxunuş sayı: 67