Sibiqa: Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlıq bizim üçün vacibdir
Ukrayna Cənubi Qafqaz və Mərkəzi Asiya ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi çərçivəsində Azərbaycanla əməkdaşlığı nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, danışıqlar zamanı nazirlər nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini, o cümlədən Orta Dəhlizin perspektivlərini müzakirə ediblər.
"Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlıq bizim üçün vacibdir. Bu ticarət yolları Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətimizlə də bağlıdır. Biz bu istiqamətin inkişafında maraqlıyıq. Biz bu qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi yollarını müzakirə etdik", – A.Sibiqa bildirib.
13:43 06.08.2026
Oxunuş sayı: 59