Tramp İrana nüvə zərbəsi endirəcəkmi?
ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə etməyə ehtiyac görmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə jurnalistin sualını cavablandırarkən danışıb.
“Mənim buna ehtiyacım yoxdur. Biz artıq onların potensialının 90 faizini sıradan çıxarmışıq. Buna görə də buna ehtiyac görmürəm”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Trampın açıqlamasında İranın hansı potensialını nəzərdə tutduğu dəqiqləşdirilməyib.
17:55 04.11.2026
Oxunuş sayı: 59