Kremldən Trampa Ukrayna ilə bağlı çağırış
Kreml ABŞ Konqresinə keçirilən seçkilərin nəticələrindən asılı olmayaraq, Prezident Donald Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcəyinə ümid edir.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb.
Peskov jurnalistlərə bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması istiqamətində müəyyən nəticələr əldə olunub və yaxın vaxtlarda növbəti üçtərəfli danışıqların keçirilməsi gözlənilir.
“Müəyyən işlər görülüb. Tezliklə üçtərəfli danışıqların növbəti mərhələsi keçiriləcək. Sülhməramlı təşəbbüslər, ABŞ-nin birinci xanımı Melaniya Trampın humanitar səyləri uğurlu olub. Ümid edirik ki, bütün bunlar davam etdiriləcək”, – deyə Peskov vurğulayıb.
Kreml rəsmisi ABŞ-dəki seçkilərin nəticələrinin Ukrayna ilə bağlı diplomatik prosesə mane olmayacağına ümid etdiklərini ifadə edib.
17:20 04.11.2026
Oxunuş sayı: 74