Trampın seçki məğlubiyyəti siyasi karyerasının sonunu gətirə bilər
ABŞ Prezidenti Donald Trampın aralıq seçkilərdə üzləşdiyi ağır məğlubiyyət onun siyasi karyerasının sonunun başlanğıcı ola bilər.
Crossmedia.az xəbər verir ki, “Financial Times” nəşrinin şərhçisi Edvard Lyus bu barədə təhlilində yazıb.
Şərhçinin fikrincə, Tramp amerikalıları seçki bülletenlərində öz adı varmış kimi səs verməyə çağırmaqla aralıq seçkiləri faktiki olaraq özünə etimad referendumuna çevirib.
Seçkilərin nəticələrinə əsasən, demokratlar ABŞ Konqresinin hər iki palatasında nəzarəti ələ keçiriblər. Lyus hesab edir ki, respublikaçıların ağır məğlubiyyətinə görə siyasi məsuliyyət birbaşa Trampın üzərinə düşür.
Şərhçinin qənaətinə görə, bu nəticələr Respublikaçılar Partiyasında 2028-ci il prezident seçkiləri üçün yeni namizəd axtarışını sürətləndirə bilər.
O, həmçinin məğlubiyyətdən sonra Trampın siyasi davranışlarının daha da gözlənilməz ola biləcəyini istisna etmir.
Lyus hesab edir ki, aralıq seçkilərin nəticələri ABŞ-nin gələcək siyasi kursuna ciddi təsir göstərə bilər.
16:51 04.11.2026
Oxunuş sayı: 56