Rusiya Zaporojyedə Ukrayna ordusunun mövqelərini vurduğunu açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş mövqelərinə zərbələr endirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə rəsmi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin iddiasına görə, Rusiyanın “Şərq” qoşun qruplaşmasına məxsus “Msta-B” artilleriya qurğuları vasitəsilə Ukrayna ordusunun dayaq məntəqələri hədəfə alınıb.
Əməliyyat zamanı “Krasnopol” tipli idarəolunan yüksəkdəqiqlikli mərmilərdən istifadə edildiyi bildirilir.
Rusiya tərəfi zərbələrin dəqiq həyata keçirildiyini və hədəflərin vurulma anının videoya çəkildiyini iddia edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi qoşunlarının Dnepropetrovsk və Zaporojye vilayətlərində Ukrayna ordusunun müdafiə mövqelərinin dərinliyinə doğru irəlilədiyini açıqlamışdı.
Hərbi əməliyyatların nəticələri və vurulduğu bildirilən hədəflərlə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
15:17 04.11.2026
Oxunuş sayı: 57