Sançes: ABŞ-də baş verənlər tezliklə İspaniyada da yaşanacaq
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrini şərh edərək demokratların qələbəsini siyasi dəyişikliklərin göstəricisi kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Pedro Sançes bu barədə ABŞ-dəki seçkilərin nəticələri ilə bağlı açıqlamasında bildirib.
İspaniya hökumətinin başçısı amerikalı seçicilərin iqtisadi bərabərsizliyə, ayrı-seçkiliyə və iqlim dəyişikliyini inkar edən siyasətə qarşı mövqe nümayiş etdirdiyini iddia edib.
“Dünən Amerika cəmiyyəti insanları yalnız yoxsullaşdıran siyasətə, nifrətə, qadınlara qarşı ayrı-seçkiliyə, iqlim dəyişikliyinin inkarına və elitanın imtiyazlarına qarşı səs verdi”, – deyə Sançes bildirib.
Baş nazir Braziliyada keçirilən seçkilərlə də paralellik aparıb.
“Bu, Braziliyada baş verdi. İndi ABŞ-də də baş verdi. Tezliklə İspaniyada da baş verəcək”, – deyə o vurğulayıb.
Qeyd edək ki, İspaniyada noyabrın 29-na parlament seçkiləri təyin edilib. Sançesin açıqlaması ölkədə seçkiqabağı siyasi müzakirələrin davam etdiyi dövrə təsadüf edir
13:45 04.11.2026
Oxunuş sayı: 60