Trampın Konqreslə qarşıdurması Polşaya baha başa gələ bilər
ABŞ Demokratlar Partiyasının Konqresə aralıq seçkilərində qələbə qazanacağı təqdirdə Polşada daimi hərbi baza tikintisindən imtina edə bilər. Bu barədə Polşanın keçmiş milli müdafiə naziri Mariuş Blaşak bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə RMF FM radiosun məlumat yayıb.
Blaşakın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Polşaya münasibətdə nümayiş etdirdiyi loyallıqdan yararlanmaq imkanı itirilə bilər. O hesab edir ki, Demokratların qələbəsindən sonra Vaşinqton diqqətini daxili siyasi məsələlərə yönəldə bilər.
Keçmiş nazir qeyd edib ki, hərbi baza yaradılması ilə bağlı qərarı ABŞ prezidenti verir. Lakin prezidentlə Konqres arasında qarşıdurma yaranacağı təqdirdə belə bir qərarın qəbul edilməsi çətinləşə bilər.
Blaşakın fikrincə, Ağ Ev və Konqres arasında mümkün siyasi münaqişə Polşada daimi hərbi baza yaradılması planının reallaşmasına mane ola bilər.
13:46 04.11.2026
Oxunuş sayı: 70